Astarada ağır qəza - Yaralılar var


18:52     01 Avqust 2017 qeza%20yeni4.jpg

Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyulun 31-də saat 19 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini Zamiq İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı və Kijəbə qəsəbə sakini Yaşar Xanmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəzada Z.İsmayılovun 3 sərnişini, Y.Xanmədovun isə 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Astara RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1038