Astarada yol qəzası can aldı


13:15     10 Avqust 2017 1359952125_qeza-avariya-main.jpg

Astarada ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Maşğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astaranın Təngərüd kənd sakini, Xəqan adlı şəxs “VAZ-2106” markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə mağazaya, sonra isə ağaca çırpılıb.

Nəticədə avtomaşında adıçəkilən şəxs hadisə yerində ölüb. Avtomaşında olan digər bir nəfər yüngül xəsarət alıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində göndərilib. Fakt araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 767