SOCAR 12 mln. ton neft ixrac edib


22:52     01 Avqust 2017 socar%20gurcustanda%20ofis%20acir.jpg

SOCAR 2017-ci ilin iyul ayında Supsa limanından 264 min 489 ton, Ceyhan limanından 1 milyon 540 min 751 ton xam neft ixrac edib.


SOCAR-dan Femida.az-a verilən məlumata görə, ümumilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 mln. 579,673 min ton, Ceyhan limanından 9 mln. 667,066 min ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Femida.az

Açar sözlər:

Oxunub: 619