SOCAR bu il 46 yeni quyu təhvil verib


19:39     03 Avqust 2017 1406111788_quyu-qazilir8.jpg

2017-ci ilin iyul ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9673 metr qazma işi həyata keçirilib.


SOCAR-dan Femida.az-a verilən məlumata görə, bu sahədə görülmüş işlərin 9071 metri istismara, 602 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83462 metr qazma işi görülüb ki, bunun da 77078 metri istismara, 6384 metri isə kəşfiyyata aid olub.

2017-ci ilin iyul ayında qazmadan alınmış 8, il ərzində isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 622