İsmayıllıda narkotik əkib-becərən şəxs tutulub


02:06     05 Avqust 2017 1411037493_shirvanda-ogru-deste-tutuldu-cenubnews.jpg

İsmayıllı rayonunda narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, rayonun Uştal kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədov Rafiq Səftər oğlu yaşadığı kəndin ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə kolları yetişdirdiyi müəyyən edilib.

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avqustun 4-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Rafiq Məmmədov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb.

Əraziyə baxış zamanı oradan hündürlüyü 2 metr, sayı 57 ədəd olan çətənə kolu aşkar edilib. Polis əməkdaşları bitkiləri kökündən çıxararaq maddi sübut kimi götürüblər. O, çətənə toxumlarını tapdığını və meşə sahəsinin ortasındakı boş ərazini kol-kosdan təmizləyərək orada narkotik bitki əkdiyini etiraf edib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 763