Tovuzda çörək sexi yanıb


15:54     07 Avqust 2017 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-6400.jpg

Tovuzda çörək sexində yanğın olub.


Yanğın hadisəsi Tovuz şəhərində Eldəniz Quliyev küçəsində qeydə alınıb. Rayon sakini Nəsrəddin Məmmədova məxsus ümumi sahəsi 750 kvadratmetr olan sexin 350 kvadratmetri yanaraq yararsız hala düşüb. Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 5 yanğınsöndürən avtomobili əraziyə cəlb olunaraq obyektin qalan hissəsi alovdan mühafizə edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 568