Mərkəzi Bank 750 mln. manatı dövriyyədən çıxarıb


01:55     09 Avqust 2017 150216111851_azerbaijan_national_bank_512x288_bbc_nocredit.jpg

Cari ilin 6 ayının sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 750 mln. manat olub.


Femida.az Mərkəzi Banka istinadən xəbər verir ki, bundan əvvəl depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 400 mln.manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 300 mln.manat təşkil edib.

6 ay ərzində keçirilən depozit hərraclarında tələb təklifi 19 dəfə üstələyib. Bu da bank sistemində izafi likvidliyin mövcud olduğunu göstərir. Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı, pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərib.

Qeyd edək ki, Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 34 depozit hərracı, notların yerləşdirilməsi üzrə 23 hərrac keçirilib.

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki manat kütləsini azaldır. Yəni, dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son aylarda dolların manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

Açar sözlər:

Oxunub: 1054