Mərkəzi Bankın sabiq sədr müavini nazir müşaviri oldu


17:53     06 Yanvar 2018 xeqani.jpg

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sabiq sədr müavini Xəqani Abdullayev vergilər nazirinin müşaviri təyin olunub.


Femida.az xəbər verir ki, bununla bağlı vergilər naziri Mikayıl Cabbarov əmr imzalayıb.

X.Abdullayev özü “APA-Economics”ə faktı təsdiqləyib. O bildirib ki, gələn həftənin birinci günündən, yanvar ayının 8-dən vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, X.Abdullayev ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən öz xahişi ilə azad olunmuşdu.

Femida.az

Açar sözlər:

Oxunub: 971