Mərkəzi Bank qalibin adını açıqladı


19:15     02 Sentyabr 2017 150216111851_azerbaijan_national_bank_512x288_bbc_nocredit.jpg

Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən əsas inzibati binasında 1600 kVA-lıq transformator qurğusunun təchizatı və quraşdırılması (lot- 1), eləcə də sözügedən binada və Sumqayıt şəhərindəki ehtiyat mərkəzində quraşdırılmış kəsintisiz elektrik mənbələri (UPS) üçün ehtiyat hissələrinin təchizatı və quraşdırılması (lot- 2) ilə əlaqədar keçirdiyi açıq tenderin nəticələrini elan edib.


Femida.az xəbər verir ki, Tender Komissiyasının 14 avqust 2017-ci il tarixli qərarı ilə lot-1 üzrə “Elektrikquraşdırma” müəssisəsi, lot-2 üzrə isə “R.İ.S.K. Elmi-İstehsalat Şirkəti” QSC qalib elan edilib.
Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanıb.

Açar sözlər:

Oxunub: 638