Narkotik əkib-becərən şəxs saxlanılıb


01:03     10 Avqust 2017 narkotik6.jpg

Bağında narkotik tərkibli bitki əkən Tovuz sakini saxlanılıb.


Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində çətənə kolları əkib becərən Qovlar şəhər sakini, 1959-cu il təvəllüdlü Kərim Kərimov saxlanılıb.

Həyətyanı sahəyə baxış zamanı oradan aqrotexniki qaydada becərilən 10-a yaxın narkotik tərkibli çətənə kolu aşkarlanaraq məhv edilib. K. Kərimov çətənə kollarını öz istifadəsi üçün əkib becərdiyini deyib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 965