Narkotik qəbul edən yeniyetmələr döyüldü


14:37     14 Sentyabr 2017 dava-dalas7.jpg

Tovuz rayonunda yeniyetmələr arasında kütləvi dava düşüb.


Hadisə rayonun Qovlar kəndində baş verib. Bir qrup yeniyetmə arasında hələki bilinməyən səbəbdən düşən dava zamanı, 2000-ci il təvəllüdlü Rəşad Elşən oğlu Hüseynov və onun həmyaşıdı, Elşad Vaqif oğlu Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxsə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və yaralılar palataya yerləşdirilib. İlkin məlumatlara görə, mübahisə edən yeniyetmələr narkotik maddənin təsiri altında olublar. Yeniyetmələrin hələlik adı bilinməyən narkotik vasitə qəbul etdikləri xəstəxanada aparılan müayinələrdən sonra məlum olub.
Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(Report)


Açar sözlər:

Oxunub: 1339