Bakını toz bürüyüb - Nazirlik açıqlama yaydı


19:20     10 Avqust 2017 toz%20duman.jpg

Havada müşahidə olunan toz lokal xarakter daşıyır.


Bu barədə Femida.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına əsasən 2017-ci il avqust ayının 10-da səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib. Buna səbəb yer səthindən tozun havaya qalxması olub. Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib.

Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.

Qeyd edək ki, Bakının isti havalarından sonra güclü külək şəhəri toza bürüyüb. Paytaxdakı güclü külək "Sovetski”dəki tozu paytaxtın üstünə səpib. Dəhşətli tozanaq "İçərişəhər” metrosu yaxınlığındakı yaşayış binalarına da çatıb.


Femida.az

Açar sözlər:

Oxunub: 1478