Ərdoğan Ramili təbrik etdi


15:08     11 Avqust 2017 ramil%20(2).jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib.


Femida.az xəbər verir ki, bu haqda prezidentin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, R.T.Ərdoğan dünya çempionatında birinci yeri tutan Ramil Quliyevə teleqram göndərərək ona təbriklərini çatdırıb.

Xatırladaq ki, Türkiyəni təmsil edən həmyerlimiz R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə birinci çatmaqla dünya çempionu adını qazanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1353