Kürdə batmış gəncin meyiti tapılıb


13:45     14 Avqust 2017 xilas%20denizdeaa.jpg

Avqustun 13-də Kür çayında batmış gəncin cəsədi tapılıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, Kürün Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batmış, 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun cəsədi bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 08:10-da başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 675