Maşın 23 yaşlı velosipedçini vurub


03:06     15 Avqust 2017 velo.jpg

Masallıda avtomobil 23 yaşlı velosipedçini vurub.


Hadisə Ələt-Astara yolunda, Masallının Seybətin dairəsi yaxınlığında qeydə alınıb.

Masallının Ətcələr kənd sakini, 1994-cü il təvəllüdlü Rıza Mansur oğlu Mansurov velosipedlə hərəkətdə olarkən onu avtomaşın vurub. Yaralı dərhal Masallı rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 693