İsmayıllıda tövlə yanıb


19:33     17 Avqust 2017 13878640961363594763_yangin45sadas1.jpg

İsmayıllı rayonunda yanğın baş verib.


Femida.az xəbər verir ki, bu gün saat 14:00 radələrində rayonun Talıstan kəndində 1932-ci il təvəllüdlü Əhmədov Ənvər Güləhməd oğluna məxsus mal-qara tövləsi yanıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 72 kv.m olan tövlə və damındakı 3 ton ot bağlaması tamamilə yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlər alovun qarşısını alıb və yaxınlıqdakı evləri, ağacları alovdan mühafizə ediblər. Hadisə zamanı tövlədəki mal-qara və ev quşları xilas edilib, tələfat yoxdur. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 669