Orta məktəbdən oğurluq edilib


16:13     19 Avqust 2017 kompyuter%20ogru.jpg

Abşeron rayonunda orta məktəbi qarət edən dəstə yaxalanıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki orta məktəblərdən birinin sinif otağından 28 ədəd kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Hüseyn Ağamalıyev, 1 yeniyetmə və Sumqayıt şəhər sakini Asif Əliyev tutulublar.

Femida.az

Açar sözlər:

Oxunub: 936