Orta məktəbdə yanğın olub


01:14     27 Dekabr 2017 13878640961363594763_yangin45sadas1.jpg

Şəmkir rayonunda orta məktəbdə yanğın olub.


Hadisə rayonun Zəyəm Cırdaxan kənd orta məktəbində baş verib.

Belə ki, siniflərdən birində quraşdırılmış sobadan döşəməyə düşən köz sinifdə yanğına səbəb olub. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğının qarşısı isə sakinlər tərəfindən alınıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

Açar sözlər:

Oxunub: 540