Orta məktəblər pullu olacaq? - RƏSMİ AÇIQLAMA
22:06 28 Sentyabr 2017
Bakı Şəhər Təhsil İdarəsi 2020-ci ilədək Bakıda orta məktəblərin pullu olacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Femida.az bildirir ki, İdarədən Trend-ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qeyd olunmuş təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri yanlış şərh olunub:
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində aydın şəkildə qeyd olunur ki, ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq. Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur".
Femida.az
Oxunub: 1074
Oxşar xəbərlər
- Orta məktəbdə yanğın olub
- Orta yaşlı qadını maşın vurdu
- Orta məktəbdə bayrağa hörmətsizlik – Bayrağı necə asmalıyıq?
- Orta əməkhaqqı 525 manata yaxınlaşıb
- Orta məktəb dərslikləri tənqid olundu - Milli Məclisdə
- Orta aylıq maaş 7% artıb
- Orta məktəbdə FACİƏ
- Orta məktəbdən oğurluq edilib
- Orta aylıq əmək haqqı açıqlandı
- Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb