Orta məktəbdə bayrağa hörmətsizlik – Bayrağı necə asmalıyıq?


19:22     24 Noyabr 2017 23949211_1671041546292908_977655830_o5.jpg

Astara şəhərində Azərbaycan bayrağına hörmətsizlik edilib.


Femida.az -a daxil olan fotolardan məlum olur ki, məktəbin girişində asılan bayraq bükülüb və uc hissəsindən bağlanıb. Fotodan da göründüyü kimi hadisə Ziya Bünyadov adına Astara şəhər tam orta məktəbində baş verib.Bayrağın bu şəkildə asılması valideynlərin narazılığa səbəb olub. Onlar bununla bağlı məktəbin direktoru Maya Həsənovaya etirazlarını bildirsələr də, nəticəsi olmayıb.
Qeyd edək ki, həmin məktəb 2015-ci ildə əsaslı təmir edilib.Məktəbdə 43 sinif otağı, iki idman və bir akt zalı var.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanununda bayraqla davranış qaydaları müəyyən olunub.
Qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Qanunda həmçinin qeyd olunur ki, dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.
Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.





Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2138