40 minə yaxın müəllimin maaşı artacaq
22:17 19 Avqust 2017
“Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı mərhələ-mərhələ artırılıb. Yalnız 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ilin yanvar ayından artırılacaq”.
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, əmək haqqının artımı 40%-ə yaxın olacaq.
Nazirlik rəsmisi qeyd edib ki, bununla da 2018-ci ilin yanvarından artıq bütün ölkə üzrə müəllimlər artımla əmək haqqı alacaq: “Bu günə kimi əmək haqqı artırılan müəllimlərin sayı 90 mindir. Qalan 40 minə yaxın müəllimin əmək haqqı isə yanvardan artırılacaq”.
Femida.az
Oxunub: 1319
Oxşar xəbərlər
- 40 min dəfədən çox pozuldu -ATƏŞKƏS
- 40 mindən çox adam Ermənistanı tərk etdi - 2017ci ildə
- 40 mindən çox insan Trampa qarşı etiraza qalxdı
- 400 min uşaq acından ölə bilər
- 40 gün dözə bildi...
- 40 yaşlı qadın sirkə turşusundan zəhərləndi
- 40 yaşayış məntəqəsi qazlaşdırılıb
- 40 yaşlı qadın yas mərasimində dirildi - Qohumlar dəhşətə gəldilər
- 40-dan çox talibançı məhv edilib
- 400-dən çox sakin pulsuz müayinə edilib - İmişlidə