Putin ABŞ-a yeni səfir təyin edib


21:36     21 Avqust 2017 1418895708_putin_zumapress.jpg

Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Anatoli Antonovu Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Femida.az-ın “kremlin.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb. A. Antonov Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında Rusiyanın daimi nümayəndəsi vəzifəsini də icra edəcək.

V. Putinin digər sərəncamları ilə Anatoli Antonov xarici işlər nazirinin müavini, Sergey Kislyak isə Rusiyanın ABŞ-dakı səfiri vəzifəsindən azad olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 816