Prezident Nazirlər Kabineti Aparatının strukturunu təsdiqləyib
21:35 23 Avqust 2017
Prezident İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Femida.az-ın məlumatına görə, müəyyən edilib ki, Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahididir.
Nazirlər Kabineti Aparatının İşlər idarəsinin işçilərinin say həddini Nazirlər Kabineti təsdiq edir.
Nazirlər Kabineti zərurət olduqda Nazirlər Kabineti Aparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır.
Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin iş qaydasının layihəsini, Nazirlər Kabinetinin Aparatı haqqında əsasnamənin layihəsini, bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Femida.az
Oxunub: 1234
Oxşar xəbərlər
- Prezident açılışda
- Prezident 4 səfirin etimadnaməsini qəbul edib
- Prezident Ağdama 2 milyon ayırdı
- Prezident icra hakimiyyətlərinə səlahiyyət verdi
- Prezident ARDNF-nin büdcəsini təsdiqlədi
- Prezident şəhidin xanımına “Şöhrət” ordeni verdi
- Prezident üç nəfərə “Dostluq” ordeni verdi
- Prezident Rusiyadadır
- Prezidentin təyin etdiyi fond sədri kimdir? - DOSYE
- Prezidentdən yeni təyinatlar – SİYAHI