Prokuror sürücüyə ağır cəza istəyib


22:20     24 Avqust 2017 1429886643_mehkeme-texir.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edirilib.


Femida.az-ın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, R. Vəliyevin 5 illik sürücülük hüququndan məhrum edilməklə, 8 il müddətinə həbs edilməsini istəyib.

Proses avqustun 31-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il Bakı-Şamaxı yolunda baş verib. R. Əliyevin idarə etdiyi "Mersedes" markalı avtomobillə "Ford" markalı avtomobil toqquşub. Nəticədə Mahmud Adıgözəlov hadisə yerində dünyasını dəyişib, avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 805