Azərbaycan yeni zərbə helikopterləri alır?!


22:40     27 Avqust 2015 2015-08-27-16-44-06helokopter-mi-28.jpg


Moskvada keçirilən Beynəlxalq Aviasiya-Kosmik Sərgisində (MAKS-2015) iştirak edən Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya istehsalı olan döyüş helikopterləri ilə maraqlanıblar.

Rusiya mediasının verdiyi məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin əməkdaşları MAKS-2015-də nümayiş olunan, "Vertoleoti Rossii” Konsernin istehsal etdiyi bəzi helekopterlərlə yaxından tanış olublar.

Azərbaycanlı hərbçilər əsasən yeni nəsil zərbə helikopterlərdən sayılan Mi-28-in texniki xarakteriskasını öyrəniblər.

İstehsalçı tərəf isə Azərbaycanın bu helikopterə göstərdiyi diqqəti təqdir ediblər və əməkdaşlığın mümkünlüyünü söyləyiblər.

Məlumatda o da qeyd olunub ki, buna qədər isə Azərbaycan 24 ədəd Rusiya istehsalı olan Mi-35 helikopterləri alıb.

Açar sözlər:

Oxunub: 1638