Meşə yanğınları nəzarətə götürülüb - FHN


16:10     30 Avqust 2017 yangin%20qubada%20mese.jpeg

Qəbələdə meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında yanğınlar baş verib.

Alovun yayılmasının qarşısı alınıb, yanğınlar nəzarətə götürülüb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası tərəfindən söndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 597