Xəzərin Rusiya və Qazaxıstan hissəsi quruyur - ŞOK PROQNOZ
19:54 30 Avqust 2017
Hazırki qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyası 75 ilə quruya bilər.
Femida.az -ın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialında bildirilir.
“Geophysical Research Letters” jurnalında dərc olunan materialda qeyd edilir ki, 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azalıb. Ümumilikdə bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşüb.
Ekspertlər Xəzərdə suyun səviyyəsinin daha da düşəcəyi proqnozunu verirlər. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmənin bu templə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır.
Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.
Oxunub: 1539
Oxşar xəbərlər
- Xəzərin təhlükəsizliyini hansı qurumlar təmin edəcək?
- Xəzərin statusu ilə bağlı razılıq əldə olundu
- Xəzərin statusu Moskvada müzakirə ediləcək
- Xəzərin hüquqi statusu Moskvada müzakirə olunacaq
- Xəzərin sahilində iməclik keçirilib
- Xəzərin hüquqi statusu müzakirə olunub
- Xəzərin sahilində yeni çimərliklər salınacaq
- Xəzərin sahilindən 4 mina tapılıb
- Xəzərin hüququ statusu ilə bağlı Bakı razılaşması - ŞƏRTLƏR
- Xəzərin statusu gələn sammitə qaldı