Xəzərin sahilində iməclik keçirilib


16:24     30 Sentyabr 2017 2.jpeg

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Xəzər həftəsi”nin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən nazirliyin müvafiq qurumlarının əməkdaşları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib.


ETSN-in mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, 100 nəfərdən artıq adamın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 3 hektar ərazisi 10 kubmetrdən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.

Qeyd edək ki, “Beynəlxalq dəniz günü” Azərbaycanda hər il “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi tədbirlərlə qeyd olunur. “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 1266