Xəzərin hüquqi statusu Moskvada müzakirə olunacaq


17:59     30 Oktyabr 2017 TOM450d2d_kreml.jpg

"Xəzərin hüquqi statusu məsələsi ilə bağlı xarici işlər nazirləri səviyyəsində Moskvada görüş keçirilməsi barədə Rusiyadan təklif var. Mən Rusiya tərəfindən rəsmi dəvət almışam, hazırda vaxt dəqiqləşdirilir. Görüş bu il keçiriləcək".


Femida.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E. Məmmədyarov bildirib ki, gələn il Qazaxıstanda Xəzəryanı dövlətlərin sammiti keçiriləcək: "Xəzərin hüquqi statusu ilə bağlı bəzi məsələlər həllini tapmalıdır. Bu istiqamətdə irəliləyişlər var".

Femida.az

Açar sözlər:

Oxunub: 816