Hesablama Palatasının bir neçə proqramı təsdiqlənib


00:23     31 Avqust 2017 hesablama-palat_com.jpg

Hesablama Palatasının növbəti kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Lənkəran Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.


Palatanın mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiqlənib.

Femida.az

Açar sözlər:

Oxunub: 926