Hesablama Palatasının üzvlərinə qadağa - Hədiyyə almaq, partiya üzvlüyü olmaz
23:58 20 Dekabr 2017
Hesablama Palatası üzvlərinin vəzifə səlahiyyətlərinin icrası ilə bağlı hədiyyə qəbul etməsi qadağan edilir.
Femida.az -ın “Modern.az”a istinadən məlumatına görə, bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.
Qanun layihəsinin 12-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair tələblər) göstərilib ki, Hesablama Palatası üzvlərinin rəsmi tədbirlər zamanı verilən hədiyyələr istisna olmaqla, vəzifə səlahiyyətlərinin icrası ilə bağlı fiziki və hüquqi şəxslərdən hədiyyə qəbul etməsi qadağandır.
Rəsmi tədbirlər zamanı, o cümlədən Hesablama Palatasının üzvündən asılı olmayan səbəblərdən hədiyyə verildikdə, o, həmin hədiyyəni Hesablama Palatasına təhvil verməlidir.
Hesablama Palatasının üzvləri səlahiyyətlərini icra etdiyi müddət ərzində heç bir siyasi partiyanın üzvü də ola bilməzlər.
Qanun layihəsinin 12-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair tələblər) göstərilib ki, Hesablama Palatasının üzvləri səlahiyyətlərini icra etdiyi müddət ərzində heç bir siyasi partiyanın üzvü ola bilməzlər. Hesablama Palatasının üzvləri vəzifəyə təyin edildiyi zaman siyasi partiyanın üzvü olduqları hallarda həmin partiyalarda üzvlüklərinə xitam verməlidirlər.
Qeyd edək ki, hazırda qüvvədə olan “Hesablama Palatası haqqında” qanunda belə bir müddəalar yer almayıb.
Yeni qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında II oxunuşda müzakirə ediləcəyi gözlənilir
Oxunub: 637
Oxşar xəbərlər
- Hesablama Palatası “Azərenerji“də qanunsuzluqlar aşkarladı
- Hesablama Palatası yoxladı: DSMF-nin Mingəçevir şöbəsində nöqsanlar tapıldı
- Hesablama Palatasının səlahiyyətləri genişləndirilib
- Hesablama Palatasının saxlanma xərcləri artırılır
- Hesablama Palatası büdcə ilə bağlı rəy verdi
- Hesablama Palatası AZAL və ATU-da yoxlama aparıb
- Hesablama Palatası yeni Strateji İnkişaf Planı üzərində işləyir
- Hesablama Palatasının bir neçə proqramı təsdiqlənib
- Hesablama Palatası institutda nöqsanlar aşkarladı
- Hesablama Palatası büdcə dəyişikliyinə rəy verib