Hesablama Palatasının səlahiyyətləri genişləndirilib
23:28 05 Dekabr 2017
Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
İndiyədək qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyati üzrə göndərilməsini nəzərdə tutursa, dəyişiklik edilən variant həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları da əhatə edirdi.
Belə ki, indiyədək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı yalnız cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdisə, dəyişikliklə inzibati xəta əlamətləri olan hüquqpozmalar da aşkar etdikdə təxirə salınmadan müvafiq materialları müvafiq icra hakimiyyəti orqanlarına və ya Baş Prokurorluğa göndərəcək. (Report.az)
Femida.az
Oxunub: 528
Oxşar xəbərlər
- Hesablama Palatasının üzvlərinə qadağa - Hədiyyə almaq, partiya üzvlüyü olmaz
- Hesablama Palatası “Azərenerji“də qanunsuzluqlar aşkarladı
- Hesablama Palatası yoxladı: DSMF-nin Mingəçevir şöbəsində nöqsanlar tapıldı
- Hesablama Palatasının saxlanma xərcləri artırılır
- Hesablama Palatası büdcə ilə bağlı rəy verdi
- Hesablama Palatası AZAL və ATU-da yoxlama aparıb
- Hesablama Palatası yeni Strateji İnkişaf Planı üzərində işləyir
- Hesablama Palatasının bir neçə proqramı təsdiqlənib
- Hesablama Palatası institutda nöqsanlar aşkarladı
- Hesablama Palatası büdcə dəyişikliyinə rəy verib