Hesablama Palatası yeni Strateji İnkişaf Planı üzərində işləyir


22:56     05 Sentyabr 2017 5783141.jpg

Hesablama Palatası 2018-2020-cı illəri əhatə edən yeni Strateji İnkişaf Planının hazırlanmasına başlayır.


Femida.az xəbər verir ki, bunu palatanın sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, bu il Hesablama Palatasının Strateji İnkişaf Planı bitir: "Biz bu planda konkret hədəflərin müəyyən edilməsinə və bu hədəflərı çatılma səviyyəsini dəyərləndirmək imkanı verən qiymətləndirilə bilinən meyarların hazırlanmasına çalışırıq. Hər hansı bir dövrü əhatə edən Strateji İnkişaf Planında təsdiq edilmiş hədəflərin reallaşdırılmasını qiymətləndirmək imkanı verir. Bu yanaşma növbəti planların tərtibində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan həmin sənədlərin hazırlanmasında daha konkret və ölçüləbilinən hədəflərin müəyyən edilməsi həmişə diqqətdə saxlanılmalıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 1055