Bəzi yarmarkalarda qurbanlıq heyvanlar ucuzlaşıb - VİDEO


01:53     03 Sentyabr 2017 qoyun_2387475676.jpg

Ötən gün Qurban bayramı ilə əlaqədar paytaxta satılması üçün çox sayda qurqurbanlıq heyvan gətirilmişdi.


Femida.az xezerxeber.az-a istinadən bildirir ki, təklifin tələbdən çox olması bir çox satıcıların heyvanlarının əllərində qalması ilə nəticələnib. Bəs belə bir vəziyyət qiymətlərə təsir edibmi?

Əməkdaşlarımızın araşdırmasından məlum olub ki, bayramın ikinci günündə qurbanlıq heyvan satılan yerlərdə nisbətən sakitlik hökm sürür. Qiymətlər isə ötən günə nisbətən təxminən 10 faiz ucuzlaşıb.

Satıcıların sözlərinə görə, müxtəlif rayonlardan gətirilən qoyunların ötən gün az hissəsi satıldığından bu gün qiymətlər ucuzlaşıb. Satıcılar heyvanların yenidən geri qaytarılmasının onlara əlavə xərc yaradacığı üçün qiymətlərdə endirim ediblər. Satıcılar sabah da qiymətlərin nisbətən ucuz olacağını bildirirlər.

Bəzi yerlərdə isə bu hal yaşanmayıb. Satıcılar qurbanlıq heyvanı ötən gün hansı qiymətə satırdılarsa, bu gündə qiymət eyni qalıb.

Yaranmış vəziyyətdən satıcılar o qədər də razı görünməsə də, alıcılar məmnundur.



Femida.az

Açar sözlər:

Oxunub: 1248