Bəzi məktəblərə muxtariyyət veriləcək


16:18     15 Dekabr 2017 tehsil%20n0.jpg

Bəzi məktəblərə müəyyən çərçivələrdə fənlər və məzmunla bağlı muxtariyyət veriləcək.


Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, kurikulum sistemi ilə bağlı hazırlanan yeni standartlara edilən əsas dəyişiklikdə öz keyfiyyətləri ilə seçilən təmayüllü məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyətin verilməsi məsələsi yer alacaq: "Hazırkı kurikulum sistemi buna imkan vermir. İlkin mərhələdə bu, çox az sayda məktəblərə şamil olunacaq. Bu məktəbləri Təhsil Nazirliyi seçəcək. Məktəblər öz fənlərini müəyyən etməkdə daha çox muxtariyyət əldə edəcəklər".

Femida.az

Açar sözlər:

Oxunub: 717