Bəzi yerlərə qar yağacaq
16:41 26 Noyabr 2017
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Noyabrın 27-də Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Lakin axşama doğru bəzi şərq rayonlarında yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1742
Oxşar xəbərlər
- Bəzi qaz sayğacları niyə hələ də sıfırlanmayıb? - Rəsmi AÇIQLAMA
- Bəzi məktəblərə muxtariyyət veriləcək
- Bəzi dərmanların qiyməti təsdiqlənib
- Bəzi nazirlikləri ləğv etməyin zamanıdır - Deputat
- Bəzi ölkələrdə səfirliklər ixtisar olunsun - Deputatdan təklif
- Bəzi avtomobil yollarında sürüşmələr aktivləşib
- Bəzi yarmarkalarda qurbanlıq heyvanlar ucuzlaşıb - VİDEO
- Bəzi rayonlara yağış yağacaq
- Bəzi plan yerləri boş qala bilər - DİM
- Bəzi dövlətlər daxili işimizə qarışır - Şeyxdən açıqlama