Ana iki övladı ilə birlikdə intihar etmək istədi
02:18 03 Sentyabr 2017
Mingəçevirdə 28 yaşlı qadın uşaqları ilə birlikdə özünü yaşayış binasının 5-ci mərtəbəsindən ataraq intihar etmək istəyib.
Hadisə şəhərin Heydər Əliyev prospekti, 35 saylı binada baş verib.
Belə ki, həmin binanın 5-ci mərtəbəsindəki mənzildə kirayədə yaşayan 28 yaşlı Xəyalə Quliyeva özünü iki azyaşlı övladı ilə birlikdə eyvandan atmağa cəhd edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası, hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım və Rayonlararası Psixonevroloji Dispanserin əməkdaşları cəlb olunub.
Qadını dilə tumaq cəhdi baş tutmayıb. Mənzilin qapısını sındıraraq içəri daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları intihar etmək istəyən qadını və uşaqları son anda ölümdən qurtarıb.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Femida.az
Oxunub: 864
Oxşar xəbərlər
- Analıq məzuniyyəti məcburidirmi? – Hüquqşünas cavablandırır
- ANAMA illik hesabat verdi
- Ana döyüldü, oğlu isə bıçaqlandı - Biləsuvarda rəzalət
- Ana uşaqla xaricə getmək istəyirsə, atanın razılığı mütləqdirmi? - CAVAB
- Ana iki azyaşlı uşağı ilə zəhərləndi
- Anasız uşaq böyüdən atalar üçün GÜZƏŞT
- Ana ölümünə görə həkim məsuliyyət daşıyacaq
- Ana iki övladı ilə birgə faciəvi şəkildə öldü (VİDEO)
- Ana qızı ilə birlikdə oğurluq etdi
- Anar Bağırov: Vəkillər Kollegiyasında səhlənkarlığa yol verilib