16 cinayət “isti izlər”lə açılıb


02:08     09 Sentyabr 2017 2015-04-18-13-48-08din-nazirlik-full-liderxeber-6401.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 33 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 720