16 min əlil protezlə təmin edilib


18:31     11 Oktyabr 2017 15077158114054249304_1000x669.jpg

Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində 16, 6 min nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Onlardan 6,9 min nəfərinə stasionar şəraitdə bərpa-müalicə xidmətləri göstərilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, əlillərin sosial statusunun bərpası və cəmiyyətə inteqrasiyası məqsədilə fərdi reabilitasiya proqramları əsasında kompleks bərpa-müalicə tədbirləri həyata keçirilib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illərdə nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində ən yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti yaradılıb. Hazırda digər bir sıra reabilitasiya müsəssisələrində bərpa-müalicə şəraitinin ən müasir tələblərə uyğun qurulması üçün müvafiq işlər aparılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb, uşaqların fizioterapevtik müalicə xidmətləri ilə təmin edilməsi imkanları xeyli genişləndirilib.

Hesabat dövründə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi 9,6 min nəfər əlilliyi olan şəxsi ehtiyaclarına uyğun olaraq protez-ortopedik xidmətlərlə təmin edib. Dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onlara ümumilikdə 22,4 mindən artıq protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 645 ədəd əlil arabası, 885 ədəd aşağı və yuxarı ətraf protezi, 1,3 min ədəd aşağı və yuxarı ətraf ortezi, 6,5 min ədəd müxtəlif reabilitasiya vasitəsi, 1,8 min cütdən artıq protez ayaqqabı, 3,4 min cüt ortopedik ayaqqabı, 417 ədəd bel və boyun nahiyəsi üçün korset, 592 cüt qoltuqaltı ağac, 349 ədəd eşitmə aparatı, 966 cüt dirsəkaltı ağac, 495 ədəd dördayaqlı dayaq vasitəsi, 1, 4 min ədəd əsa və s. verilib.

Protez-Ortopedik Bərpa Mərkəzi və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilənlərə hərəkət etməyin öyrədilməsi, skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə reabilitasiya xidmətləri göstərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 606