16 məktəb direktoru işdən çıxarılıb
16:15 11 Sentyabr 2017
Son bir il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər görülüb.
Femida.az-ın xəbərinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva paytaxtın təhsil işçilərinin ənənəvi sentyabr konfransında bildirib ki, müxtəlif təşkilatlar və vətəndaşlardan Daxili Nəzarət Sektoruna daxil olan 426 müraciətdən 416-sı əsaslandırılaraq müvafiq qaydada cavablandırılıb, 10 müraciət isə hazırda icraatdadır.
M.Vəliyevanın sözlərinə görə, səlahiyyətlərində sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar nəticəsində 3 ümumtəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib: “Bakı şəhər Təhsil İdarəsinin 1 əməkdaşı, 15 təhsil müəssisənin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant, 1 günü uzadılmış qrup rəhbəri vəzifədən azad edilib. Eyni zamanda, Bakı şəhər Təhsil İdarəsinin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim, 1 uşaq birliyi rəhbəri intizam məsuliyyətinə cəlb olunub. Bundan başqa, 16 təhsil müəssisəsinin rəhbəri, 3 direktor müavini, 78 müəllimə xəbərdarlıq edilib. Görülən tədbirlər nəticəsində arıq ödənilmiş 17030,86 manat məbləğin dövlət büdcəsinə qaytarılması təmin edilib”.
Femida.az
Oxunub: 2375
Oxşar xəbərlər
- 16 yaşlı yeniyetmə bütün ailə üzvlərini qətlə yetirib
- 169 azərbaycanlı deportasiya edildi
- 16 min əlil protezlə təmin edilib
- 161 dövlət əmlakı hərraca çıxarılacaq
- 16 cinayət “isti izlər”lə açılıb
- 164 min şagird birinci sinfə gedəcək
- 16 yaşlı qız Bakı bulvarında yoxa çıxıb
- 16 yaşadək ana olanların sayı artıb
- 166 dövlət əmlakı özəlləşdiriləcək
- 16 dini icmaya qeydiyyat şəhadətnaməsi verildi