Putin ABŞ-a səfər edəcək


17:25     29 Avqust 2015 vladimir-putin_2759865b.jpg

Rusiya Prezidenti Vladimir Putinin sentyabr ayında BMT-nin Baş Assambleyasının Nyu-Yorkda baş tutacaq görüşünə qatılacağı dəqiqləşib.


Femida.az-ın Rusiyanın rəsmi hüquqi informasiya portalına istinadən verdiyi xəbərə görə, Putin gələn ay Nyu-Yorkda baş tutacaq görüşdə Rusiya heyətinə rəhbərlik edəcək. Rusiyanı 10 nəfər rəsmi heyət təmsil edəcək. Bunların sırasında Xarici İşlər naziri Sergey Lavrov, onun köməkçisi Kennedi Qatilov, Dövlət Başçısı köməkçisi Yuri Uşakov, Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi Başçısı Konstantin Kosaçev kimi şəxslər iştirak edəcək.

15 sentyabrda Nyu-Yorkda baş tutacaq BMT-nin Baş Assambleya görüşü çərçivəsində 25-27 sentyabrda ölkə prezidentlərinin də qatılacağı zirvə görüşü keçiriləcək.

Qeyd edək ki, bu görüşdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın da görüşü nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 827