Mağaza və çayxana yanıb - Sabirabadda


13:47     18 Sentyabr 2017 femida%20yangin1.jpg

Bu gün Sabirabad rayonu, Suqovuşan kəndində ümumi sahəsi 18 m2 olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 78 m2 olan çayxananın yanar konstruksiyaları yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bitişik mağaza yanğından mühafizə olunub. Yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 638