DGK külli miqdarda siqaret müsadirə edib
15:30 18 Sentyabr 2017
Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə 90 TB 042 nömrə nişanlı, "Toyota Land Cruiser Prado" markalı minik avtomobilində Azərbaycana məxsus aksiz markası ilə markalanmayan tütün məmulatlarının olması barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, daxil olan həmin məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 211 ünvanında, küçənin sol kənarında dayanan Azərbaycan vətəndaşı Kazımov Əlizamin Qiyas oğlunun idarə etdiyi 90 TB 042 nömrə nişanlı, ağ rəngli, "Toyota Land Cruiser Prado" markalı minik avtomobilinin yük yerinə həmin avtomobilin yanında dayanan və Miriyev Mirkamalladdin Mirnağı oğlunun idarə etdiyi 42 BV 103 nömrə nişanlı "Ford Dedl" markalı mikroavtobusun yük yerindən Q. Kazımov tərəfindən götürülərək yerləşdirilən iki ədəd iri həcmli karton qutulara baxış keçirilib.
Yoxlama zamanı qutulardan Azərbaycanın aksiz markası ilə markalanmayan 10 800 ədəd "Senator Wine Grape", 5000 ədəd "Senator Original Pipe Tobacco", 15600 ədəd "Esse Light", 2000 ədəd "Senator Grand Vircinia", 400 ədəd "Maddox sweet blend", 200 ədəd "Milano Nano Edition", 200 ədəd "Modern Cigarettes", 200 ədəd "Kareena Menthol" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 957
Oxşar xəbərlər
- DGK “Sədərək” və “Binə”də əməliyyat keçirib
- DGK-dan avtoşluq edən şəxslə bağlı AÇIQLAMA
- DGK büdcə öhdəliyini vaxtından əvvəl yerinə yetirib
- DGK sədri Meksika səfiri ilə görüşüb
- DGK sədri beynəlxalq toplantıda təqdimatla çıxış edib
- DGK-dan keyfiyyətsiz kərə yağlarının idxalı ilə bağlı məlumatlara – REAKSİYA
- DGK sədri Şəkiyə gedir
- DGK mətbuatı obyektiv olmağa çağırdı
- DGK sədri vətəndaşları dinləyib
- DGK külli miqdarda siqaret müsadirə edib