DGK büdcə öhdəliyini vaxtından əvvəl yerinə yetirib


22:02     16 Noyabr 2017 dovlet_gomruk_komitesi_04175.jpg

Bu ilin 16 noyabr tarixinə faktiki olaraq 2,3 mlrd. manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməklə 2017-ci il üzrə müəyyən olunan 2,25 mlrd. manat illik büdcə öhdəliyi vaxtından əvvəl 50 mln. milyon manat artıq və ya 102% yerinə yetirilib.


Femida.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.

2017-ci ilin 16 noyabr tarixinədək olan dövr ərzində idxal əməliyyatlarının həcmi 7,341 mlrd. dollar olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 mln. dollar məbləğində azalmasına baxmayaraq, 2017-ci ilin 16 noyabr tarixinə dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 355,5 mln. manat artıq gömrük ödənişləri yığılaraq köçürülməsi təmin olunub.

"Cari ilin qalan dövrü ərzində də idxal mallarına tətbiq olunacaq gömrük vergi və rüsumlarına görə alınacaq ödənişlər illik proqnozun daha böyük məbləğdə yerinə yetirilməsini şərtləndirəcək. Təhlildən göründüyü kimi, 2016-cı və 2017-ci illərin müvafiq dövrü ərzində idxalın həcminin azalması ilə müşahidə olunduğu halda, illik büdcə öhdəliyi 16 noyabr 2017-ci il tarixinə artıqlaması ilə icra olunub", - deyə məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 657