DGK “Sədərək” və “Binə”də əməliyyat keçirib
00:03 21 Dekabr 2017
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) Femida.az-a verilən məlumata görə, idarə əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” və “Binə” ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər.
Nəticədə, ticarət mərkəzlərinin ərazisində 82.000 ədəddən çox pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 2120
Oxşar xəbərlər
- DGK-dan avtoşluq edən şəxslə bağlı AÇIQLAMA
- DGK büdcə öhdəliyini vaxtından əvvəl yerinə yetirib
- DGK sədri Meksika səfiri ilə görüşüb
- DGK sədri beynəlxalq toplantıda təqdimatla çıxış edib
- DGK-dan keyfiyyətsiz kərə yağlarının idxalı ilə bağlı məlumatlara – REAKSİYA
- DGK sədri Şəkiyə gedir
- DGK mətbuatı obyektiv olmağa çağırdı
- DGK külli miqdarda siqaret müsadirə edib
- DGK sədri vətəndaşları dinləyib
- DGK külli miqdarda siqaret müsadirə edib