İspaniya mətbuatı: Çempionlar Liqasının finalı Bakıda keçiriləcək
17:31 19 Sentyabr 2017
Çempionlar Liqasının 2018-2019 mövsümünün final oyunu Bakıda Olimpiya stadionunda keçiriləcək.
Femida.az xəbər verir ki, bu barədə İspaniya KİV-ləri məlumat yayıb.
UEFA-nın bu barədə qərarı sabah açıqlayacağı gözlənilsə də, artıq mediaya seçimlə bağlı təfərrüatlar məlum olub.
Çempionlar Liqasının finalının keçirilməsinə iki stadion- Bakı Olimpiya stadionu və İspaniyanın “Atlektika Madrid” klubunun stadionu “Vanda Metropolitano” namizəd olub.
Lakin Madrid "Atletiko"sunun “Vanda Metropolitano” stadionu UEFA-nın tələblərinə tam cavab vermir. Madrid şəhərindəki arenanın 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur.
VİP zonanın kiçikliyi ilə yanaşı, stadionətrafı ərazi də yetərincə deyil. Bu da qonaqların qəbulu zamanı çətinliklər yarada bilər. Stadionun inşası zamanı “Atletiko” rəhbərliyinin o qədər də önəm vermədiyi bu arqumentlər ÇL-in finalının İspaniya paytaxtında keçirilməsini sual altında qoyub. Nəricədə “Atletiko”nun son 4 ildə Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməsi, 2 dəfə finala, 1 dəfə də yarımfinala çıxması fonunda klubun stadionunun finalı qəbul etmək şansları aşağı qiymətləndirilir.
Femida.az
Oxunub: 1611
Oxşar xəbərlər
- İspaniyada taksi sürücüləri tətil keçirir
- İspaniyada faciəvi qəza - Qatar relsdən çıxdı
- İspaniya Kataloniyanın muxtariyyət statusunu ləğv edir
- İspaniyadakı iğtişaşlarda 3 nəfər öldürülüb
- İspaniyada 17 yaşlı terrorçu axtarılır
- İspaniyada üçüncü terror aktı törədilib
- İspaniyada terror aktını törədənin kimliyi məlum olub - FOTO
- İspaniyada növbəti terror aktı - Türk restoranına silahlı hücum edildi
- İspaniyada 1 avroya bank satılıb
- İspaniya kralının yeznəsi azadlıqda