Cəlilabadda təhlükəli yanğının qarşısı alınıb


00:07     26 Sentyabr 2017 9c532b937e9e8d32a92f922b3af53a13.jpg

25 sentyabr 2017-ci il tarixində saat 17:30 radələrində Cəlilabad rayonunun Zopun kəndi yaxınlığındakı bələdiyyə ərazisində, Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayının sərhədində yanğın hadisəsi baş verib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bələdiyyə ərazisində baş verən yanğının meşə fonduna keçməməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin nümayəndələri cəlb edilib.

Meşə işçilərinin və yanğından mühafizə dəstəsinin ciddi səyləri nəticəsində yanğın qısa müddətdə söndürülüb, yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 793