Cəlilabadda yol qəzası - Yaralılar var


02:57     25 Oktyabr 2017 1359952125_qeza-avariya-main.jpg

Cəlilabad rayonunda yol qəzası baş verib.


Hadisə rayonun Muğan kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində "Mercedes" markalı iki minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində biri Lənkəran sakini olmaqla, 3 nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 752