Cəlilabadda avtomobil iki piyadanı vurdu


13:22     06 Yanvar 2018 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1)6.jpg

Cəlilabadda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Qəza hadisəsi Cəlilabad rayonunun Privolnoye kəndində qeydə alınıb.


Femida.az xəbər verir ki, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Qəhrəman Yusif oğlu Qafarov və Rafiq Səxavət oğlu Qurbanovu vurub.

Hər iki yaralı Cəlilabad rayonunun Göytəpə şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğundan onlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 932