Azərbaycan və Rusiya arasında 5 sənəd imzalanıb


01:41     29 Sentyabr 2017 dsc-1003.jpg

Rusiyanın Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında sənədlər imzalanıb

. APA-nın Stavropola ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, forum çərçivəsində keçirilən plenar iclasın sonunda iki ölkə arasında iqtisadiyyat sahəsində sənədlər imzalanıb.

Sənədlərin imzalanma mərasimi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə baş tutub.

Forumda iki ölkə arasında iqtisadiyyat sahəsi ilə bağlı 5 sənəd imzalanıb. Onların arasında Bakının Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlığa, Azərbaycanın Stavropol diyarının Kislovodsk şəhərində sanatoriya tikintisinə dair sənədlər var. Digər sənədlər isə Rusiya və Azərbaycan şirkətləri arasında imzalanıb.

Açar sözlər:

Oxunub: 883